Cənubi Qafqazın ilk qadın prezidentinin andiçməsindən maraqlı anlar - VİDEO


09:37     17 Dekabr 2018 2018/12/5c1731bdb0bbe_salome_andicme1544989736_1545025079.jpg

Bu gün Cənubi Qafqazın ilk qadın prezidentinin andiçmə mərasimi olub. Gürcüstanda Salome Zurabişvilinin inauqurasiya mərasimi bir sıra ilklərlə yadda qalıb.

İlk dəfə Gürcüstan prezidentinin andiçmə mərasimi Kaxeti vilayətindəki Telavi şəhərində yerləşən qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçirilib. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

S.Zurabişvili bu andiçmə ilə Gürcüstanın ilk qadın prezidenti adını da rəsmiləşdirib. Onun səlahiyyəti yeni Konstitusiyaya əsasən 6 il davam edəcək.

Femida.az "Sputnik”in hazırladığı və tədbirin ən maraqlı məqamlarını əks etdirən videonu təqdim edir:



Açar sözlər: #Gürcüstan  

Oxunub: 698