Mübarizi aşağılayan qızı hansı cəza GÖZLƏYİR?

Mübarizi aşağılayan qızı hansı cəza GÖZLƏYİR?


10:03     17 Dekabr 2018 2018/12/nero_1545027095.jpg


Günlərdir, psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimov haqqındakı fikirləri ilə bağlı müzakirələr səngimək bilmir. Sosial şəbəkə istifadəçiləri, məşhurlar, millət vəkilləri, ictimai fəal şəxslər gənc xanımın milli qəhrəman haqdakı aşağılayıcı sözləri ilə bağlı sərt tənqidi fikirlər səsləndirir.

Femida.az məsələnin hüquqi tərəflərini aydınlaşdırmaq üçün vəkilə müraciət edib.

Mövcud situasiyada Nərmin Şahmarlını məsuliyyətə cəlb etmək olarmı?

Vəkil Əziz Qənbərov açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsələni mübahisələndirmək olar:

" 147.1-ci maddəyə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.





Məcəllənin 148-ci maddədə isə göstərilir ki, internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

"Cinayət Məcəlləsinin maddələrinə əsasən, maraqlı şəxslər xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıra bilər. Əgər ölmüş şəxs haqqında dedikləri həqiqəti əks etdirmirsə və şəxs ağır və ya xüsusilə ağır cinayətdə təqsirləndirilirsə, bu zaman 147-ci maddə ilə də xüsusi ittiham qaydasında məhkəmədə iddia qaldıra bilər", - deyə vəkil bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #Əziz_Qənbərov   #hüquq   #qanun   #cinayət   #məcəllə   #Nərmin_Şahmarzadə   #Mübariz_İbrahimov   #femida   #şəhid  

Oxunub: 5977