“Qara polkovnik” -in oğlu “bandotdel” də


18:12     15 May 2015 1424089738_26857.jpg

Beynəlxalq bankın filial rəhbəri dindirilir


“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir. Dünən daha bir nəfər DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Bu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovdur.

Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi tanınan Fətullah Hüseynovun oğludur.

Adil Hüseynovun vəkili Kamandar Nəsibov faktı İnterpress.az-a təsdiqləyib.
Vəkil bildirib ki, Adil Hüseynov artıq 2 gündür ki, DİN Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin “bandotdelində” saxlanılır:

“Adil Hüseynovu qanunsuz olaraq 2 gündür ki, orada saxlayırlar. Vəkili olaraq onunla görüş haqqım var, ancaq imkan verilmir. Mənzilində axtarış aparanda mənə xanımı zəng etdi. Mən gedəndə artıq axtarış başlamışdı. Mənzildən qızıl-zinət əşyaları və sənədlər götürülüb. Bununla bağlı baş prokurora, “bandotdel”in rəisinə mütaciət etmişəm.

Açar sözlər:

Oxunub: 739