DTX və DSX-dan VACİB ƏMƏLİYYAT - Xeyli sayda insan saxlanılıb (FOTOLAR)
12:50 17 Dekabr 2018
Dövlət Sərhəd Xidməti dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən Femida.az-a verilən məlumata görə, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin əməkdaşları tərəfindən İrandan Azərbaycana gələn İran vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıb.
Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıb.
Məlumata görə, Dövlət Sərhəd Xidmətinin və Dovlət Təhlkəsizliyinin Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb.
Avtomobildə olan Azərbaycan vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb. Qeyd olunan faktlar üzrə cinayət işləri başlanılıb zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
Femida.az
Oxunub: 3595
Oxşar xəbərlər
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb
- DTX-nin işçilərinin ştat sayı həddində dəyişiklik edilib
- DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var