8900 manatlıq ağac kəsdi


14:29     17 Dekabr 2018 odun%20agac.JPG

Lerik rayonunun Vizəzəmin kəndi ərazisində köküstə yaş 15 qızılağacı kəsərək təbiətə 8900 manat məbləğində ziyan vuran şəxs saxlanılıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı ağacların Lerik rayon sakini Asif Rzayev tərəfindən kəsildiyi müəyyən olunub və faktla bağlı təqsirkar barəsində akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 426


Oxşar xəbərlər