Hərbi məktəblərdə monitorinq keçirilib
16:21 17 Dekabr 2018
Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə olublar.
Femida.az xəbər verir ki, hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və böyük məsləhətçi Murad Babayev kursantların sosial-məişət şəraiti ilə tanış olub, yeməkxanalara baxış keçirib, ərzaqların saxlanma anbarlarına baş çəkiblər. Yataq yerləri və mövsümi geyimlərə baxış keçirildikdən sonra qonaqlar kursantlarla görüşərək onların təhsilləri ilə də maraqlanıblar.
Ombudsman aparatının nümayəndələri kitabxanalara da baş çəkərək kursantların daha da yaxşı təhsil almaları, asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılmış şəraitlə tanış olublar.
Sonda nümayəndələr təhsil ocaqlarının tibb məntəqələri və tədris otaqlarına da baxış keçiriblər.
Femida.az
Oxunub: 469
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq