Nazir: “Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün 4 prinsipə əsaslanacağıq”
18:08 17 Dekabr 2018
“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması cənab Prezidentin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”
Femida.az xəbər verir ki, bu açıqlamanı jurnalistlərə kənd təsərrüfatı naziri İnam Kərimov verib.
Nazir bildirib ki, fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcəkdir:
“Cənab Prezidentin qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq:
a) aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək;
b) keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat;
c) ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək;
d) çevik və şəffaf idarəetmənin təşkili.
Məqsədlərimizə nail olmaq üçün aqrar tədarük və təchizat sahəsində müasir texnologiyalarından istifadə edəcəyik. Eyni zamanda yaradılmaqda olan elektron kənd təsərrüfatı informasiya sisteminin imkanlarından yararlanacağıq”.
Femida.az
Oxunub: 361
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"