Çili Azərbaycana müvəqqəti işlər vəkili təyin edib


17:18     17 Dekabr 2018 XİN.jpg

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb.


XİN-dən Femida.az-a verilən xəbərə görə, P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 400