Bakıda “Hyundai” piyada keçidindəki 4 nəfəri vurdu - Vəziyyətləri ağırdır+ Foto


19:14     17 Dekabr 2018 18_12_17_1545058871.jpg

Bir neçə dəqiqə öncə Nərimanov rayonu, Ağa Nemətulla küçəsində ağır yol-nəqliyyat qəzası baş verib.


“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının məlumatına görə, “Hyundai” markalı 90 AV 316 dövlət nömrə nişanlı avtomobil piyada keçidində dayanan iki qadınla iki gənc oğlanı vurub. Daha sonra isə digər minik avtomobili ilə toqquşub. Xəsarət alan şəxslərin vəziyyətinin ağır olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 499