“Ermənistanda xarici hərbçilərin yerləşdirilməməsinə dair sənəd hazırlanır” - Sergey Lavrov


19:35     17 Dekabr 2018 18_12_17_1545060987.jpg

"Moskva ilə Yerevan Ermənistanda xarici hərbçilərin mövcud olmamasını təmin edəcək sənəd üzərində hazırlığı başa çatdırır".

Femida.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Komsomolskaya pravda" radiostansiyasının canlı efirində ABŞ-ın Ermənistandakı 3 bioloji laboratoriyası haqqında sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, sənədin hazırlanması prosesində Ermənistanda xarici hərbçilərin olmayacağına təminat veriləcək: "Bu sənəd təhlükə və risklər baxımından şəffaflığı təmin edəcək".


S.Lavrov Qazaxıstanın da belə bir sənədin hazırlanmasına razılıq verdiyini bildirib.

Açar sözlər:

Oxunub: 613