Alman iş adamı Azərbaycandan üzr istədi


21:27     16 Oktyabr 2015 1I87K9eVK8gQ2.jpg


Almaniya şirkəti Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.

XİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, tibb və sənaye sahəsində istifadə edilməsi üçün avadanlıq və digər məhsulların istehsalı və satışı ilə məşğul olan Almaniyanın “Karl Storz” şirkətinin məsul nümayəndəsi Stefan Dubnak rəsmi məktubla müraciət edərək, təmsil etdiyi şirkətin adının “Ermənistanın işğal etdiyi Azərbaycan Respublikasının ərazilərində iqtisadi və digər qanunsuz fəaliyyət növü ilə məşğul olan xarici dövlətlərin fiziki və hüquqi şəxslər, təşkilat və qurumlarının siyahısı” və həmin şirkətin Ermənistan və Gürcüstan üzrə meneceri Merab Mqaloblişvilinin adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxıarılmasını xahiş edib.

S.Dubnak məktubunda M.Mqaloblişvilinin sözügedən ərazilərə Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən icazə alınmadan səfər etdiyinə görə üzrxahlığını bildirib.

Həmçinin S.Dubnak məktubunda BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum qətnamələrə toxunaraq, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət ifadə edib və Ermənistanın Azərbaycan ərazilərinin işğalı faktını pisləyib.
O, təmsil etdiyi şirkətin qanunsuz fəaliyyətə cəlb edilməsinə və şirkət nümayəndəsinin qanunsuz səfərinə dair peşmançılıq ifadə edərək, şirkət tərəfindən həmin ərazilərdə bütün fəaliyyətin artıq dayandırıldığını bildirib və gələcəkdə bu kimi qanun pozuntusuna heç bir halda yol verilməyəcəyinə dair öhdəlik götürüb.

Əlavə olaraq, M.Mqaloblişvili tərəfindən də Azərbaycan tərəfinin tələblərinə uyğun rəsmi məktub ünvanlayıb.

“Karl Storz” şirkəti və M.Mqaloblişvili müraciəti müvafiq qaydada nəzərdən keçirilib və şirkət və nümayəndəsinin adlarının müvafiq siyahılardan çıxarılması barəsində qərar qəbul edilib.

Açar sözlər:

Oxunub: 1027