Oqtay Əsədov andiçmə mərasimində
09:12 18 Dekabr 2018
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın Telavi şəhərində bu ölkənin yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimində iştirak edib.
Femida.az Azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətinə xarici işlər nazirinin müavini Ramiz Həsənov, Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov və deputat Hikmət Babaoğlu daxil olub.
Mərasimdə iki minə yaxın insan, o cümlədən 55 ölkədən 150-dən çox xarici qonaq iştirak edib.
Oqtay Əsədov həmçinin gürcü xalqını yeni Prezidentin seçilməsi münasibətilə təbrik edib. O deyib ki, Gürcüstan Azərbaycana qardaş ölkədir. Azərbaycan parlamentinin sədri deyib ki, Gürcüstan və Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında sıx münasibətlər var. “Gürcüstanın yeni dövlət başçısının andiçmə mərasimində iştirak etmək bizim üçün vacibdir. Biz Gürcüstanla həmrəyliyimizi ifadə edirik. Burada olmağımızdan məmnunuq”.
Femida.az
Oxunub: 420
Oxşar xəbərlər
- Oqtay Gülalıyevin oğlu reanimasiyaya yerləşdirilib
- Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM
- Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmayıb? - TƏBİB-dən MÜNASİBƏT
- Oqtay Şirəliyev peyvənd olundu - Video
- Oqtay Şirəliyevin səhhəti ilə bağlı açıqlama
- Oqtay Şirəliyev: “Səhiyyə Nazirliyinin “B” planı var” - VİDEO
- Oqtay Əsədov Milli Məclisin iclasına gəlmədi
- Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv oldu
- Oqtay Şirəliyev bu dərmanlarla bağlı qərar imzaladı
- Oqtay Gülalıyev yenidən əməliyyat olunub