2 dəfə eyni səbəbdən həbs olunan məhkum – VİDEO


09:51     18 Dekabr 2018 18_12_18_1545112330.jpg

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında eyni səbəbə görə 2-ci dəfə tutulan Taleh Məlikovdan bəhs edilir.


Taleh Məlikov – Məhkum: “Ailəliyəm, 3 uşağım var. Biri keçən il İstanbul Universitetinə daxil olub. Mən də vaxtında oxumuşam. İndi gəlib düşmüşəm buralara. 2016-cı ildə yenidən tutuldum. Maşın alveri edirdim. Avtosalonda bir nəfərlə tanış oldum. Ona borclu oldum amma qaytarmadım. Bu səbəbdən 8 il azadlıqdan məhrum edildim. Sonra yenidən cinayət törətdim. İkinci dəfə torpaq alqı-satqısı ilə məşğul idim. Bir nəfərə borcum qaldı. Yenidən 5 il azadlıqdan məhrum edildim. Heç kim istəməz ki, çıxandan sonra bura qayıtsın. İstəyirsən pul qazanasan, cinayət törədirsən. Burada özünü azadlıqdan məhrum edilmiş kimi sayırsan”.

Daha ətraflı videoda





Açar sözlər:

Oxunub: 1021