Daha bir erməni əsgər güllələndi


10:32     18 Dekabr 2018 ermeni_herbci.jpg

Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət keçən 19 yaşlı əsgər Andranik Ovanisyan başından güllə yarası alıb.

Femida.az “Shamshyan.com”a istinadən xəbər verir ki, yaralı erməni əsgəri xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olsa da, vəziyyəti ağırdır.
Ovanisyanın hansı şəraitdə başına atəş açıldığı bilinmir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, bununla son 3 gün ərzində müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdirilən erməni hərbçilərin sayı 5-ə çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 344