Türkiyədə 180 hərbçi həbs edildi


12:10     18 Dekabr 2018 18_12_18_1545120665.jpg

Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatı ilə mübarizə çərçivəsində saxlanılmış 219 hərbçinin 180 nəfəri həbs edilib.

219 hərbçinin saxlanıldığı əməliyyat dekabrın 14-də İstanbulda keçirilib. Bildirilir ki, həbs edilən 180 hərbçinin arasında 85-i zabitdir.

Məlumata əsasən, həbs edilən hərbçilər FETÖ təşkilatı ilə sıx əlaqədə olub. Onların terror təşkilatının digər üzvlərinə hərbi hissələr barədə məlumatları ötürdükləri deyilir.

Femida.az

Açar sözlər:

Oxunub: 473