Spikerdən jurnalistlərə: “Deyilən sözləri olduğu kimi verin!”


12:33     18 Dekabr 2018 oqtay%20esd.jpg

“Milli Məclisin iclaslarında deputatların çıxışı təhrif edilir, konteksdən çıxarılır”


Femida.az AzVision-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov deyib.

Parlament sədri bildirib ki, jurnalistlər diqqətli olmalıdırlar: “Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Konteksdən cümlə çıxarmaq lazım deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 425