Sarkisyanın partiyası dağılır: Karapetyan və 7 min nəfər...


12:46     18 Dekabr 2018 18_12_18_1545122924.jpg

Ermənistanın sabiq baş naziri və Respublika Partiyasının sədr müavini Karen Karapetyan partiya sıralarını tərk edib. Onunla bərabər enerji sektorunda çalışan 7 min nəfər də analoji addımı atıb.

Femida.az bu barədə "Hraparak" nəşrinə istinadən xəbər verir. "Karapetyan hesab edir ki, onun partiya yoldaşları ona qarşı mövqe tutublar və Serj Sarkisyanın rəhbərlik etdiyi hökumət onlara pis davranıb" - deyə nəşr yazır.

Karapetyan Respublika Partiyasının sıralarını tərk etməklə bağlı qərarını elan edib: "Karapetyanla yanaşı ona görə partiyaya üzv olan daha 7 min insan da partiyanı tərk etmək qərarına gəlib".

Femida.az

Açar sözlər: Sarkisyan  

Oxunub: 616