Rektordan müəllimlərə pul hədiyyəsi - 13-cü maaş


13:39     18 Dekabr 2018 2018/12/manat-zerf_1545126651.jpg

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə maaşları həcmində pul mükafatları (13-cü maaş) verilib.


Femida.az xəbər verir ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova imzaladığı əmrə əsasən, universitetin bütün əməkdaşlarına onların maddi rifah halının yaxşılaşdırılması üçün maddi yardım edilib.

Məlumat üçün qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il Yeni il öncəsi və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına kimi maddi yardımlar olunması üçün əmr imzalayır.

Femida.az

Açar sözlər:

Oxunub: 832