Timsah tutdular, qarnından balıqçı və gənc qız çıxdı


15:05     18 Dekabr 2018 18_12_18_1545131170.jpg

Zambiyada adamyeyən timsah məhv edilib.

Trend-in məlumatına görə, ölkənin şimalındakı Luapula əyalətində yerli sakinlər timsahla bağlı yerli orqanlara şikayət edib.

Timsah məhv edildikdən sonra mədəsindən bir neçə gün əvvəl onun qurbanı olmuş gənc qızın qalıqları tapılıb.

Bundan başqa, timsahın mədəsində balıqçı olduğu ehtimal edilən şəxsin parçaları aşkar edilib.



Açar sözlər:

Oxunub: 10275