Sadələşdirilmiş vergi ilə bağlı DƏYİŞİKLİK


22:25     16 Oktyabr 2015 vergi4.jpg

Azərbaycanda ticarət və iaşə sahəsində çalışan sahibkarlardan tutulan sadələşdirilmiş vergi dərəcələri artırılır.


Femida.az-ın «İnterfaks»a istinadən məlumatına görə, bu barədə parlamentə təqdim edilmiş Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nəzərdə tutulur.

Məcəllənin 220-ci madəsinə ediləcək dəyişikliyə görə, ticarət sahəsində çalışan iş adamlarından sadələşdirilmiş vergi dərəcəsi 6%-ə, iaşə sahəsində isə 8%-ə qaldırılacaq. Özü də bu dərəcələr ölkənin bütün ərazisində – həm Bakıda, həm də regionlarda tətbiq olunacaq. Parlament tərəfindən qəbul ediləcəyi təqdirdi yeni vergi dərəcələri 2016-cı il yanvarın 1-dən tətbiq ediləcək.

Xatırladaq ki, hazırda bu sahələrdə sadələşdirilmiş vergi dərəcələri Bakıda 4%, regionlarda isə 2%-dir. Sadələşdirilmiş vergini illik dövriyyəsi 120 min manatı keçməyən hüquqi və fiziki şəxslər ödəyir.

Açar sözlər:

Oxunub: 1430


Oxşar xəbərlər