Qadın sürücü olay yaratdı: Maşını marketin salonuna sürdü


15:22     18 Dekabr 2018 2018/12/1545130512_48389011_1108830795955381_7988938233427787776_n_1545132276.jpg

Bu gün Bakı şəhərinin Nizami rayonunda avtomobil qəzası baş verib.


Femida.az -ın məlumatına görə, Heydər Əliyev prospektində açılan "Bravo" hipermarketinin dayanacağında avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək marketə girib.

Qadın sürücü avtomobili işə salarkən ehtiyatsızlıq edib və "Audi" markalı lüks avtomobili yan şüşələri dağıdaraq marketin salonuna daxil olub.
Qəza nəticəsində xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1013