İnsan alverində təqsirləndirilən şəxsə şərti cəza verildi
16:38 18 Dekabr 2018
Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Amanə Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tədbiq edilib və şərti cəza verilib.
İttihama görə, A.Əhmədova Bakıdan bir qadını Dubaya aparıb cinsi istismara məruz qoyub.
Daha sonra Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində onun barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2009-cu ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib. A.Əhmədova "İnterpol" xətti ilə beynəlxalq axtarış verilib və bu il hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
A.Əhmədovanın barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 478
Oxşar xəbərlər
- İnsandan 8 kq ət qoparan silah - NSV Bakıdadır - VİDEO
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib
- İnsan ildə neçə dəfə koronavirusa yoluxa bilər? – Həkimdən cavab
- İnsan alveri ilə mübarizəyə dair illik məruzə qəbul edildi
- İnsan alveri ilə məşğul olan 3 cinayətkar qrup zərərsizləşdirilib - Nazir müavini
- İnsan alveri ilə bağlı 3 cinayətkar qrup zərərsizləşdirilib
- İnsanları "qaziyəm" deyərək aldadan şəxs saxlanıdı - VİDEO
- İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək
- İnsan alverinə qarşı mübarizəyə dair hesabat parlamentdə müzakirə olunub
- İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator parlamentdə çıxış edəcək