251 ədəd qaşqaldağa görə tutuldu - FOTO


18:13     18 Dekabr 2018 18_12_18_1545137478.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin İmişli XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətlər törədənlərə qarşı keçirilən mübarizə xarakterli tədbir zamanı bir nəfər saxlanılıb.


Femida.az xəbər verir ki, saxlanılan şəxs 1963-cü il təvəllüdlü Sabirabad sakini, əvvəllər Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə məhkum edilmiş Novruzov Nəvai Əlibala oğludur. Onun idarə etdiyi "Qaz-33021" markalı 54-BX-582 dövlət qeydiyyat nişanlı avtomaşın Saatlı rayon Məzrəli kəndi ərazisində saxlanılıb. Saxlanlan vaxt avtomaşının yük yerinə baxış keçirilən zaman qanunsuz yolla ovlanmış 251 ədəd qaşqaldaq və 4 ədəd ördək quşu aşkar edilərək maddi sübut kimi götürülüb. Onun bu quşları İmişli, Saatlı, Sabirabad rayonları ərazisində qanunsuz olaraq ovladığı məlum olub.

Ekoloji cinayət törətməkdə təqsirli bilinən Nəvai Novruzov əməlindən peşman olduğunu deyib. Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində təhqiqat aparılır.

Qeyd edək ki, Qızılağac Dövlət Qoruğu, Abşeron Dövlət Qoruğu, Ağgöl Dövlət Qoruğu və Sarısu Ovçuluq Təsərrüfatı, eləcə də Şərbətgol, Mahmutçala, Qırmızıçala, Yaşma, Giləzi, Varvara Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisində yerləşən dövlət qoruqları və ovçuluq təsərrüfatlarıdır. Su Nəqliyyatında Polis İdarəsinin inzibati ərazisi olan adları sadalanan məkanlarda bu cür halların baş verməsi barəsində məlumat daxil olduqda Su Polisinin əməkdaşları tərəfindən dərhal ciddi ölçü götürüləcək.

Bundan əlavə, Su Nəqliyyatında Polis İdarəsi tərəfindən "Qırmızı kitab"a düşmüş quşları və balıqları qanunsuz şəkildə ovlayanlara qarşı ciddi mübarizə aparılacaq, cinayətləri törədənlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cəzalandırılacaqlar.

Açar sözlər:

Oxunub: 404


Oxşar xəbərlər