Gülənin qardaşı oğluna 7,5 il həbs verildi


18:30     18 Dekabr 2018 18_12_18_1545138143.jpg

Türkiyədə Fətullah Gülənin qardaşı oğlu Salman Gülən 7,5 il müddətinə azadlıqdan məhrum edilib.


Femida.az yerli KİV-ə istinadən bildirir ki, Salman Gülən “silahlı terrorçu qruplaşmaya üzv olmaqda” təqsirli bilinib.

Xatırladaq ki, Salman Gülən 2017-ci ilin dekabr ayında FETÖ qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı saxlanılıb. Həmin ilin fevral ayında Manisa əyalətində Gülənin digər qardaşı oğlu həbs olunmuşdu. 2016-cı ilin oktyabr ayında isə Gülənin qardaşı Kütbettin Gülən polis nəzarətinə götürülüb.

Türkiyə hakimiyyəti Gülənin FETÖ qruplaşmasını 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhddə ittiham edir.

Açar sözlər:

Oxunub: 478