Müəllimlər üçün növbəti təqaüd proqramı


22:50     16 Oktyabr 2015 8dc6afcf-c1a3-43b6-a1c0-d93ae582174a.jpg

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün növbəti "Təməl" təqaüd proqramını elan edib.


Nazirlikdən verilən məlumata görə, müsabiqə əsasında 2 mərhələli seçimlə müəyyən ediləcək müəllimlər proqram çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar.

Yalnız İKT üzrə təlimlərdən müvəffəqiyyətlə keçən ali pedaqoji təhsilli müəllimlər təlimdə iştirak edə bilərlər. 120 saatlıq təlim kursunda iştirakçılar Uşaq psixologiyası, Pedaqoji ustalıq praktikumu (metodika və didaktika), Sinfin idarəedilməsi, Elektron tədris resurslarının hazırlanması mövzularında yeni yanaşmalarla tanış olacaqlar.

Təlim kursunu uğurla başa vuranlar yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərən iştirakçılara müvafiq sertifikat və təlim resursları təqdim olunacaq.

Təlimlərə qatılmaq istəyən müəllimlər ərizə formasını dolduraraq oktyabrın 28-dək [email protected] elektron poçt ünvanına göndərməlidirlər./report/

Açar sözlər:

Oxunub: 1546