Ağ evdən Ankaraya təkzib


19:49     18 Dekabr 2018 ag-ev.jpg

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyinə dair heç bir söz verməyib.
Femida.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyanatda deyilir. Bununla da Vaşinqton Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərini təkzib edib.

“ Argentinadakı “G20” sammiti çərçivəsində Ərdoğanla görüşü zamanı prezident (Donald Tramp) Fətullah Gülənin təhvil verilməsi barədə öhdəlik götürməyib” – bəyanatda vurğulanır.

Qeyd edək ki, Çavuşoğlu “G20” sammiti çərçivəsində Ərdoğanla Trampın iki ölkə arasında gərginlik yaradan “F-35” qırıcı təyyarələri ətrafındakı məsələni, həmçinin Gülənin təhvil verilməsini müzakirə etdiklərini və Trampın buna razılıq verdiyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 455