Prezident Cinayət Məcəlləsinə dəyişiklik etdi - SƏRƏNCAM


20:46     18 Dekabr 2018 345135_456625serencam.jpg

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 7 dekabr tarixli 1381-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

197.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilib və “Azərbaycan Respublikası ərazisindən kənarda istintaqdan gizlənən təqsirləndirilən şəxsin tutularaq cinayət prosesini həyata keçirən orqana gətirilməsi ilə əlaqədar çəkilmiş xərclərin məbləği.” məzmunda 197.1.9-cu maddə əlavə edilib.

198.1-ci maddədə “197.1.8-ci” sözləri “197.1.9-cu” sözləri ilə əvəz edilib və “çəkmiş” sözündən sonra “dövlət orqanının,” sözləri əlavə edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, habelə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Femida.az

Açar sözlər:

Oxunub: 617