İşsizlər üçün əmək yarmarkası keçirilib
21:14 18 Dekabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.
Nazirlikdən Femida.az -a verilən məlumata görə, yarmarkada 30 müəssisə üzrə 231 vakant iş yeri təqdim edilib. Müəssisələrdən 10-u dövlət, 20-i qeyri-dövlət müəsissəsidir. İşaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.
Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən vətəndaşlar peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq, ayrı-ayrı şəxslər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 556
Oxşar xəbərlər
- İşsizlərin NƏZƏRİNƏ! - Bu sənədləri təqdim edin və... - VİDEO
- İşsizlərin nəzərinə! Dövlət boş iş yerlərini açıqladı - 1500 AZN maaş
- İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı
- İşsizlərə yenidən 190 manat veriləcəkmi? - RƏSMİ
- İşsizlərin özünüməşğulluğunun təşkili qaydası müəyyənləşdi
- İşsizlər üçün qeydiyyatla bağlı vacib XƏBƏR
- İşsizlər üçün peşə hazırlığı kursları təşkil edilir
- İşsizlərin NƏZƏRİNƏ! İşçi tələb olunur
- İşsizlər üçün fürsət - 6 rayonda yarmarka
- İşsizlər üçün XOŞ XƏBƏR