Əlillər müalicə müəssisələrinə göndərilib


21:20     18 Dekabr 2018 2018/12/6ACFAD80-569F-4C5B-8F53-CADA373B164B_1545154033.jpeg

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 72 nəfər əlilliyi olan şəxs Naxçıvan MR-dəki müalicə müəssisələrinə göndərilib.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, onlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınıblar.

Əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpasına, reabilitasiyasına xidmət edən işlər ildən-ilə güclənir. Fiziki məhdudiyyətli vətəndaşların sanator-kurort yollayışları ilə təminatı da həyata keçirilməkdədir.

Yola salınan şəxslərin 22 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 29 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında, qalan 21 nəfəri isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində 10 gün müddətində müalicə kursu keçəcəklər.

Bu ayın əvvəlindən artıq 117 nəfər əlilliyi olan şəxsin Naxçıvan MR-dəki müalicə müəssisələrində müalicə kursu keçmələri təşkil edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 522