Oğrular tutuldu


21:56     18 Dekabr 2018 qizil1.jpg

Evlərdən 7 min manata yaxın qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb.

Femida.az bildirir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il sentyabrın 4-də rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Ruhid Məmmədov saxlanılıb.

Şabran RPŞ-nin əməkdaşları tərəfindən isə dekabrın 15-də rayon ərazisindəki evlərin birindən 2660 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Tehran Cavadov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 387