İrandan gözlənilməz bəyanat: Türkiyə bunu etsə...


22:03     18 Dekabr 2018 18_12_18_1545156072.jpg

Türkiyə Suriyada kürd qüvvələrə qarşı əməliyyatı rəsmi Dəməşqin razılığı olmadan həyata keçirərsə, o zaman Astana prosesi çərçivəsində əldə edilən razılaşmaların tətbiqi çətinləşə bilər.

Femida.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.

"Bizim mövqeyimiz dəyişməyib. Heç bir ölkə Suriya hökumətinin razılığı olmadan onun ərazisində hər hansı əməliyyat keçirə bilməz".

Qasımi eyni zamanda əməliyyatların başlanılmadığını və prosesin gözlənilməsi gərəkdiyini ifadə edib.

Açar sözlər:

Oxunub: 488