Daha bir vəzifəli şəxs Mübariz İbrahimovu təhqir edən "psixoloq"dan polisə şikayət etdi


22:27     18 Dekabr 2018 2018/12/1545036047_28337068_575324649469280_3789906597304679164_o-1_1545157648.jpg

Milli Qəhrəman Mübariz İbrahimovun təhqir olunması cəmiyyətdə böyük narazılığa səbəb olub.


Femida.az xəbər ki, əhali kütləvi şəkildə psixoloq Nərmin Şahmarzadədən polisə və məhkəməyə müraciət edib. Beynəlxalq İnsan Hüquqları Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyinin direktor müavini Elçin Axundzadə rəsmi ərizə ilə polisə şikayət edib. Bu barədə saytımıza Elçin Axundzadə özü məlumat verib.

"Qeyd olunan təhqirlə heç cürə barışa bilməzdim. Bu səbəbdən də Nərimanov rayon 18-ci polis bölməsinə rəsmi ərizə ilə müraciət etdim", deyə açıqlamasında qeyd edib.


Məlumat üçün bildirək ki, dünən FHN-in mayoru Araz Musayev də Xətai Rayon Məhkəməsinə ərizə ilə müraciət edib.




Miri Məcidli
Femida.az

Açar sözlər: #Nərmin_Şahmarzadə   #Məhkəmə   #Femida  

Oxunub: 10550