18 yaşlı gənc bıçaqlandı


09:15     19 Dekabr 2018 qiz-bicaq.jpg

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda bıçaqlanma olub.

Femida.az xəbər verir ki, 2001-ci il təvəllüdlü Məmmədkərimov Sənan naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Zərərçəkən 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. S. Məmmədkərimov əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 394