Arvadını və 4 qızını öldürən kişi hökmdən narazıdır - Apellyasiyaya verdi
09:24 19 Dekabr 2018
Şirvan Apellyasiya Məhkəməsində həyat yoldaşı və 4 qızını qətlə yetirən ata və onunla əlbir olan oğulun apellyasiya şikayətinə baxılıb.
Femida.az bildirir ki, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlunun apellyasiya şikayəti təmin edilməyib.
Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
2014-cü ilin mart ayında Salyanda 56 yaşlı Mehparə Əliyeva və 4 qızı - 1961-ci il təvəllüdlü İradə Əliyeva, 1991-ci il təvəllüdlü Ümidə Əliyeva, 1998-ci il təvəllüdlü Rəqibə Əliyeva və 1987-ci il təvəllüdlü Sevda Əliyeva itkin düşüb. Üç il sonra məlum olub ki, ana və 4 qızı həyat yoldaşı Fərhad Əliyev və onunla əlbir olan oğlu Fəqan tərəfindən qətlə yetirilərək, meyitləri yaşadıqları evin zirzəmisində basdırılıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əliyev Fəqan Fərhad oğlu və Əliyev Fərhad Məhərrəm oğlu CM-nin 120.2.1, 120.2.4, 120.2.7 ömürlük olaraq azadlıqdan məhrum edilib.
Femida.az
Oxunub: 717
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır