İcazəsiz ov etmək istədi - Nazirlik 2000 manat cərimələdi


09:41     19 Dekabr 2018 qanunsuz%20ovcu.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Hasil Şəfiyev və Sumqayıt şəhər sakini Malik Şərifov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə 2000 manat məbləğində cərimə tətbiq edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 481