Qardaşı arvadını diri-diri yandıran şəxsə hökm oxundu


10:11     19 Dekabr 2018 ozunu%20yandirdi.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən İlkin Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Əsgərov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, Sabunçu rayonunda İ.Əsgərovla qardaşı arvadı Xatirə Əsgərova arasında mübahisə yaranıb. Nəticədə o, qadının üzərinə benzin tökərək yandırıb.

X.Əsgərova aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Femida.az

Açar sözlər:

Oxunub: 734