Taksi lisenziyalarını da “ASAN xidmət“ verəcək - VİDEO


23:45     16 Oktyabr 2015 asa90713.jpg


"ASAN xidmət" önümüzdəki günlərdə yeni xidmətləri ilə vətəndaşları sevindirəcək.

Femida.az xəbər verir ki, bu haqda "ASAN xidmət"-in İnformasiya Təminatı Şöbəsinin müdiri Anar Hüseynov Region TV-də yayımlanan "İctimai rəy" verilişinə açıqlamasında bildirib: "Prezident İlham Əliyev tərəfindən imzalanan 31 avqust 2015-ci il tarixli fərmanla "ASAN ximdət" mərkəzləri çərçivəsində əlavə xidmətlərin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir. Bu xidmətlərə, yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqda arayışların verilməsi, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsinə dair sorğuların qəbulu və cavablandırılması, həmçinin taksi minik avtomobilləri tərəfindən sərnişin daşınmasına dair xüsusi razılıq lisenziyaların və fərqlənmə nişanlarının verilməsi daxildir. Artıq sadaladığım ilk 2 xidmətlə bağlı vətəndaşlar bizə müraciət edə bilərlər.

Taksi minik avtomobilləri tərəfindən sərnişin daşınmasına dair xüsusi razılıq lisenziyaların və fərqlənmə nişanlarının verilməsi bağlı isə biz xidməti hal-hazırda həyata keçirən Nəqliyyat Nazirliyi ilə müvafiq müzakirələrə başlamışıq və ən qısa zamanda, təxminən növbəti aydan etibarən bu xidmətlərin mərkəzlərimiz tərəfindən göstərilməsi təmin olunacaqdır."

Verilişdə sahibkarlar üçün nəzərdə tutulan yeni elektron xidmət barədə də məlumat verilib: "Sahibkarlıqla məşğul olmaq istəyən şəxslər onlayn şəkildə şəhadətnamələr, sertifikatlar və lisenziyaların alınmasını rahat həyata keçirə biləcəklər. Fərmanda da göstərildiyi kimi, bu xidmətin göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən, Dövlət Agentliyi ilə birgə elektorn portalın yaradılması tapşırılmışdır. Ən qısa zamanda həmin portalın istifadəyə verilməsi nəzərdə tutulur" - deyə Anar Hüseynov qeyd edib.



Açar sözlər:

Oxunub: 1111