Ər qəza törətdi, arvadı öldü - Şamaxıda ağır qəza


12:28     19 Dekabr 2018 qeza_yeni.jpg

Dekabrın 18-də saat 21 radələrində Şamaxı rayonunun Padarçöl kəndi ərazisində şəhər sakini Durasan Əsgərovun idarə etdiyi və Pirbəhli kənd sakini Ulduzxan Səmədovun idarə etdikləri “VAZ-2121” markalı 2 avtomobil toqquşub.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, nəticədə U.Səmədovun sərnişinlərindən, arvadı Solmaz hadisə yerində ölmüş, özü və digər sərnişini - qızı Mixək, habelə D.Əsgərov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 451