Televiziyada Azərbaycana qarşı separatçı çıxış - İdrak Mirzəlizadə kimdir? (VİDEO)


13:05     19 Dekabr 2018 2018/12/maxresdefault-(12)_1545210357.jpg

Rusiyanın “TNT” telekanalında yayımlanan “Stand Up” yumoristik şousunda məşhurlaşan Belarusiya vətəndaşı olan azərbaycanlı yumorist İdrak Mirzəlizadə növbəti çıxışında qalmaqal yaradacaq fikir səsləndirib.


Femida.az xəbər verir ki, İ.Mirəlizadə Rusiyanın 1-ci kanalında yayımlanan "Вечерний Ургант" verlişində çıxışının sonunda Azərbaycana qarşı radikal çıxışlar edən, separatçı təşkilat rəhbəri, Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədri Fəxrəddin Abbaszadəyə “azadlıq” istəyib. Onun bu çıxışı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bir çox istifadəçilər separatçı birinə "azadlıq" istənilməsini düzgün hesab etməyib.

Məlumat üçün bildirək ki, İdrak Mirzəlizadə bundan əvvəlki çıxışında islam dinini də təhqir etmişdi.



Məlumat üçün qeyd edək ki, Fəxrəddin Abbaszadə Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilib və 2018-ci ilin sentyabrın 6-da saxlanılıb.
Sentyabrın 7-də isə Moskva vilayəti Luberets rayon məhkəməsinin hakimi İ.Juravlevin hökmü ilə Azərbaycana ekstradisiya olunması üçün 1 aylıq müddətə barəsində həbs-qətimkan tədbiri seçilib.
Fəxrəddin Abbaszadə haqda 2018-ci il iyulun 12-də Səbail rayon Məhkəməsinin qərarı ilə cinayət işi açılıb və onun həbsinə qərar verilib.

Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi.

O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir.

Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan Fəxrəddin Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.


Bir separatçını müdafiə etmək, ona azadlıq tələb etmək hüquqi məsuliyyət daşıyırmı?

Mövzu ilə bağlı Femida.az “Amma sizin təqdim etdiyiniz faktda məsələ bir qədər fərqlidir. Proqramda çıxış edən şəxs sonda həbsdə olan şəxsə azadlıq istəyir. Qanunla burada məsuliyyət nəzərdə tutulmur”, deyə vəkil bildirib.


Miri Məcidli
Femida.az

Açar sözlər: #Rusiya   #Azərbaycan   #Video   #Separatçı  

Oxunub: 4116