Əmək yarmarkası keçirilib
14:49 19 Dekabr 2018
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, yarmarkada 30 müəssisə üzrə 231 vakant iş yeri təqdim edilib. Müəssisələrdən 10-u dövlət, 20-i qeyri-dövlət müəsissəsidir. İşaxtaran və işsiz vətəndaşlara seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə göndərişlər verilib.
Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən vətəndaşlar peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaq, ayrı-ayrı şəxslər isə özünüməşğulluq proqramına cəlb olunmaq üçün qeydiyyata alınıb.
Femida.az
Oxunub: 419
Oxşar xəbərlər
- Əməkdar mədəniyyət işçisi vəfat edib
- Əməkdar jurnalist Mais Məmmədov reanimasiyaya yerləşdirilib
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
- Əmək pensiyaları artırılır - SƏRƏNCAM
- Əmək pensiyaları ilə bağlı VACİB XƏBƏR
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni səlahiyyət verilib
- Əməkdar artist Novruz Qartal vəfat edib
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yeni vəzifələr verilib
- Əməkdar artist Məcnun Hacıbəyov vəfat edib
- Əməkhaqları və pensiyaların nə qədər artacağı məlum oldu - VİDEO