Azərbaycanda məhbuslara nəzarət gücləndirilir


15:34     19 Dekabr 2018 turme-mehbus.jpg

Azərbaycanda penitensiar müəssisələrin maddi-texniki bazası möhkəmləndiriləcək.


Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Bundan əlavə, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin beynəlxalq standartlara uyğunlaşdırılması, onlar üzərində etibarlı nəzarətin və mühafizənin təşkili məqsədilə müasir elektron nəzarət vasitələrinin və mühafizə sistemlərinin tətbiqi, habelə mühafizə hasarlarının möhkəmləndirilməsi və yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi ilə bağlı tədbirlər görüləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 696