Penitensiar xidmətin nəqliyyat parkı yenilənəcək


15:58     19 Dekabr 2018 pentensianer.jpg

Məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşayiəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi məqsədilə Penitensiar xidmətin nəqliyyat parkı yenilənəcək.


Femida.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.

Proqramda bildirilib ki, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunmasının genişləndirilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpası və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması üçün tədbirlər görüləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 459