Şəhid polkovnikin övladı atasının ad günündə Amerikada çempion oldu


18:11     19 Dekabr 2018 18_12_19_1545223610.jpg

Amerikada azyaşlılar arasında keçirilən güləş üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.


Bu barədə məlumatı Femida.az -a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib. "Nəiminin 7 yaşı var. Amerikada güləş üzrə keçirilən birincilikdə qələbə qazanıb. Həm də qələbəsini atasının ad gününə hədiyyə edib. Nəimi vətənpərvər ruhda tərbiyə alır. Uşaq olmasına baxmayaraq, Azərbaycanın adını ucaltmaq istəyir. Artıq ilk addımlarını atıb.

Qeyd edim ki, Nəimi 19 dekabr 1972 ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da o, Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevin oğludur.

Elşad Quliyev Qarabağ muharibəsi zamanı torpaqlarımızın müdafiəsində fəal iştirak etmişdi. 2005-ci ildə "İgidliyə görə", 2006-cı ildə "Qüsursuz xidmətə görə", 2009-cu ildə "Vətən uğrunda" medalları ilə, ölmündən sonra isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunmuşdur".

Açar sözlər:

Oxunub: 557