Fuad Poladovun oğlu BMT-də insanları sülhə səslədi - VİDEO


16:51     19 Dekabr 2018 18_12_19_1545223931.jpg

Xalq artisti Fuad Ağarəhim Poladov Nyu Yorkda BMT-nin keçirdiyi tədbirdə çıxış edib. Femida.az xəbər verir ki, o, 10 dekabr beynəlxalq insan hüquqları gününün 70 illiyi ilə bağlı keçirilən mərasimdə hər kəsi sülhə səsləyib:

"Bir insanı öldürsəm, yaxşı bir vətənpərvər sayılıram? Yaxud, bilmirəm kiməsə nifrət etməklə yaxşı vətənpərvər olunur? Mən ölkəm üçün yaşayıram və başqa insanlara etnik mənsubiyyətindən, dinindən, dilindən asılı olmayaraq daha yaxşı yaşamağa kömək edərəm. Çünki həyat universal bir insan haqqıdır və bunu heç kim inkar edə bilməz. Xüsusilə bu gün, dünya insan hüquqları gününün 70 illiyini qeyd edərkən.




Biz, Rondine Beynəlxalq Sülh Laboratoriyası üzvləri, müxtəlif münaqişə bölgələrindən gəlirik. Bir çoxumuzun öz ölkəsində tragedik hekayəsi var. Həmin adamlar indi o ölkələrə qayıdıb həmin yerləri yaşamaq üçün daha da yaxşı yerə çevirməyə çalışırlar".

Qeyd edək ki, A. Poladov Azərbaycanda ictimai sosial hərəkat olan "Dalğa" hərəkatının üzvlərindən olub.

Femida.az

Açar sözlər: Poladov   BMT   sülh  

Oxunub: 821