Avtomobillər üçün yeni rüsumlar TƏSDİQLƏNDİ
17:24 19 Dekabr 2018
Avtomobillərə qeydiyyat şəhadətnaməsinin verilməsi üçün müəyyənləşdirilən yeni dövlət rüsumu qüvvəyə minib.
Femida.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyası bununla əlaqədar müvafiq dəyişiklik edib. Dəyişikliyə əsasən dekabrın 15-dən avtonəqliyyat və motonəqliyyat qeydiyyat şəhadətnaməsinin verilməsi üçün artıq 17 manat deyil, 25 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
Qeyd edək ki, 29 iyun 2018-ci ildə "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilib, avtonəqliyyat və motonəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun məbləği 17 manatdan 25 manata qaldırılıb.
Oxunub: 626
Oxşar xəbərlər
- Avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs ediləcək
- Avtomobillərdə pərdə, jalüz və plyonka çəkilməsi qaydasını Nazirlər Kabineti müəyyənləşdirəcək
- Avtomobillərin addan-ada keçirilməsi üçün yeni qayda müəyyən edilir
- Avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verildi
- Avtomobilləri olan 19 mindən çox şəxsə 190 manat verilməsindən imtina edilib
- Avtomobillərin icbari sığorta şəhadətnamələri onlayn verilir
- Avtomobillərin ehtiyat hissələrini oğurladı
- Avtomobillərdə pərdə qadağası dövrü başa çatır
- Avtomobillərdən silsilə oğurluq edən şəxs tutuldu
- Avtomobillərin qənimi "isti izlər"lə tutuldu