161 qanunsuz miqrant saxlanıldı - Azərbaycanda


18:36     19 Dekabr 2018 2018/12/2-(1)_1545226120.jpg


Son həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 161 nəfər əcnəbi saxlanılıb.

Femida.az-a Miqrasiya Xidmətindən verilən məlumata görə, onlardan 3 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Saxlanılmış 4 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, digər 157 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 144 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 17 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Femida.az

Açar sözlər: DMX   miqrasiya  

Oxunub: 503