Bu rayonların sakibləri DİQQƏT! - Ədliyyə Naziri qəbul keçirir

Bu rayonların sakibləri DİQQƏT! - Ədliyyə Naziri qəbul keçirir


18:45     19 Dekabr 2018 fikret.jpg


Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən dekabrın 21-də Kürdəmir rayonunda vətəndaşların qəbulu keçiriləcək.

Nazirliyin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində (ünvan: Kürdəmir şəhəri, Bakı prospekti, 18) keçiriləcək qəbulda Kürdəmir, Ucar və Ağsu rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.

Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də Kürdəmir rayonu Heydər Əliyev Mərkəzində yazıla bilərlər.

Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.

Femida.az

Açar sözlər:

Oxunub: 242