Müəllim şagirdi döydüb - ŞOK İDDİA
17:48 19 Dekabr 2018
Femida.az xəbər verir ki, A24.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Plankənd kəndində yerləşən Rövşən İsmayılov adına tam orta məktəbdə baş verib. Belə ki, məktəbin 6-cı sinif şagirdi Əsli adlı müəllim tərəfindən döyülüb. Şagird ağır xəsarətlər alıb.
Onun bel və bədəninin müxtəlif nahiyələrindən xəsarət aldığı bildirilir.
Hazırda şagirdin bədənindəki ağrılar səbəbindən dərsə gedə bilmədiyi vurğulanır.
Məsələ ilə əlaqədar sözügedən məktəbin direktoru Könül Məmmədova A24.az-a açıqlamasında əvvəlcə təhsil müəssisəsində belə bir hadisənin baş vermədiyini bildirsə də, daha sonra hadisənin sentyabr ayında baş verdiyini deyib: “Bizim məktəbdə bu hadisənin baş verdiyi barədə məlumatı yayan şəxsi məhkəməyə vermişik. Haqq öz yerini tapacaq. Nə istəyirsinizsə, yazın. Hadisə sentyabrda baş verib. Gəldilər, araşdırma apardılar, iş də bağlandı. İndi başqa yerdəyəm və danışa bilmirəm”.
Qeyd edək ki, sözügedən məktəb, eyni zamanda yararsız haldadır. Məktəb qəzalı vəziyyətdə olduğundan valideynlər övladlarının orada təhsil almasından narazıdırlar.
Oxunub: 500
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başa çatır
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb
- Müəllim olmaq istəyənlərə şad xəbər - QAYDALAR DƏYİŞDİ
- Müəllimlərin yerdəyişməsi üzrə vakansiya seçimi başlayır
- Müəllimlərin işə qəbulunun müsahibə mərhələsi başlayır
- Müəllimlərin işə qəbul imtahanında namizədlərə verilən vaxt artırılacaq
- Müəllim olmaq istəyənlər üçün təkrar imtahanların keçiriləcəyi tarix açıqlanıb
- Müəllimlərin işə qəbulu imtahanlarına start verilir
- Müəllimlərin işə qəbul imtahanı bərpa olunur
- Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başlayıb