Ağstafada mənzildə tavan alışdı


19:17     19 Dekabr 2018 yangin_38673636.jpg

Gündüz saatlarında Ağstafada yanğın faktı qeydə alınıb.

Femida.az-a FHN-dən verilən məlumata görə, yanğın rayonunun Qırılı kəndində baş verib.

Məlumata görə, ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının tavanı 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 306