Ağcabədidə minaatan mərmisi tapılıb
19:43 19 Dekabr 2018
Ağcabədi rayonunda minaatan mərmisi tapılıb.
Bu barədə Femida.az -a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumata verilib.
Bildirilib ki, dekabrın 19-da saat 14:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Avşar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmisinin ətrafında 2 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 362
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə qardaş bacısını qətlə yetirib
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb
- Ağcabədidə həmkəndlisini bıçaqlayan şəxs tutulub